"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir bələdiyyəsində “Yerli Demokratik Həftəsi”nin keçirilməsi davam edir

--2016-11-02 / 07:47

 şəmkir  bələdiyyəsinin sədri Vüqar Həsənovun Belediyye.infoya açıqlamasında bildirilir ki, bələdiyyə  üzvüləri  və bələdiyyə  qulluqçularının iştirakı  ilə  2016-cı ilin oktyabrın ayının 31-dən noyabr ayının 5-nə dək “Yerli Demokratik Həftəsi”nin keçirilməsi  müəyyən  edilib.

şəmkir  bələdiyyəsində Yerli  Demokratik Həftəsinin keçirilməsi  ilə  əlaqədar geniş hazırlıq işləri aparılıb.

Belə ki, vətəndaşları  məlumatlandırmaq  üçün şəmkir  Bələdiyyənin  giriş  hissəsində  Yerli Demokratiya Həftəsində  fəal  iştirak  edək şüarı vurulub.

Vətəndaşlardan daxil  olajaq  ərizə, şikayət  və  təkliflərin qəbul  olunması  üçün  3  yerdə poçt  qutusu  qoyulub.

Sədrin sözlərinə görə, son 2 gün  ərzində şəmkir  bələdiyyəsi  üzvlərinin və bələdiyyə  qulluqçularının iştirakı  ilə Morul yaşayış  massivində və “Sərxan” yaşayış  massivində əhali ilə görüş keçirilib.

“Morul”  yaşayış  massivində  31 oktyabr 2016-cı ildə keçirilən “Yerli  Demokratik həftəsi” təqrində 60  nəfər, 1 noyabr  2016-jı il tarixdə Sərxan yaşayış  massivində isə 75 nəfər iştirak  edib.

Hər  iki tədbirdə 2 gün ərzində vətəndaşlardan 25 ədəd müxtəlif  məzmunlu  müraciətlər  daxil  olub.

Müraətlərdə əsasən: maddi yardımın verilməsi, həyatyanı torpaq sahəsinin verilməsi, yol təmirinin aparılması  və abadlaşdırılması, əkinlərin  su təminatının  yaxşılaşdırılması  və   yeni  avtobus   marşurutunun açılması  göstərilib.

 Hər  iki  tədbirdə şikayət  xarakterli  müraciətlər  olmayıb.

şəmkir  bələdiyyəsində   “Yerli  Demokratik  Həftəsi”  uğurlar davam  etdirilir.

Belediyye.info

ŞƏRHLƏR